“Azvision.az” ın baş redaktoru Vüsal Məmmədov Rusiya sülhməramlılarının Qarabağda ikinci illərini qeyd etməsi barəsində paylaşım edib.
O yazıb ki, Rusiya sülhməramlıları Qarabağdakı 2-ci illərini qeyd ediblər. O gün olsun 5-ci illərini etmədən rədd olsunlar:
Qeyd edək ki, paylaşımdakı foto da açıq şəkildə rus sülməramlılarının parad keçirdiyi görünür.
Bu məqamda “Rusiya bununla nə demək istəyir? Qarabağ onların torpağıdırmı ki, orada olmaqlarının iki ilini qeyd edirlər?” sualları yaranır.
Məsələyə münasibət bildirən siyasi şərhçi Turab Rzayev “Sherg.az”a bildirib ki, bununla Rusiya açıq şəkildə söz sahibinin özü olduğunu göstərmək istəyir:
" Onlar əslində Qarabağdan çıxmaq istəmirlər. Biz bunu Azərbaycan rəhbərliyinin Soçidən narazı qayıtmasından da başa düşə bilərik.
Rusiyaya qarşı açıqlamalar və “Sülməramlılar müvəqqətidir və vaxtı çatanda gedəcəklər” fikirləri onu deməyə imkan verir ki, Azərbaycana vaxtın uzadılması təklif olunub. Lakin rəsmi Bakı bundan qəti şəkildə imtina edib. Eyni zamanda biz bunu Paşinyanın açıqlamalarında da görürük.
O deyirdi ki, biz rus sülhməramlılarının müddətlərinim 10-20 il artırılmasına razı deyilik. Əslində Paşinyan bununla ona belə bir şeyin təklif olunduğunu demək istəyirdi".