Azərbaycan Ordusu Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Şuşanın iki kəndinə nəzarəti bərpa edib.
Bu barədə Oxu.Az videogörüntülər əldə edib.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov "Sherg.az"a təsdiqləyib.
Qeyd edək ki, həmin yerlər Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndləridir Ermənilər həmin kəndləri dağıntılara məruz qoyublar.
Xatırladaq ki, martın 25-də Müdafiə Nazirliyi məlumat yayıb ki, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Nazirliyin martın 30-da yaydığı məlumatda da yeni yüksəkliklərin nəzarətə götürüldüyü bildirilib.
Belə ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.