Cəmil Quliyev “Girov”dan danışdı:“... Doğru hesab etmirəm”

“Eldar müəllim mənim yaxın dostum olub. Onun filmi barədə nə deyə bilərəm? Bu, etik baxımdan doğru olmaz”. Bu sözləri “Sherg.az”a açıqlamasında Azərbaycan Dövlət Film Fondunun direktoru, kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib. 

Cəmil Quliyev mərhum kinorejissor Eldar Quliyevin bu günlər sərt tənqidə məruz qalan “Girov” filmi haqqında fikir bildirməkdən imtina edib. 

Bunu etikadan kənar hesab edən Fond direktoru, qısaca, “normal filmdir. Bu, rejissor yanaşmasıdır. 15 il əvvəl çəkilmiş film haqqında indi danışılmasını doğru hesab etmirəm”. 

Qeyd edək ki, yazıçı-dramaturq Seyran Səxavət “Şərq”ə açıqlamasında “Girov” filminin nəinki Azərbaycan Dövlət Film Fondundan xaric edilməsini, ümumiyyətlə bu filmdən imtinanı təklif edib.