SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə bu il 11 256 metr daşıyıcı qaz xətti çəkib.
“APA-Economics” xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
“Söhbət daşıyıcı xətlərdən gedir, hər hansı bir rayonun və ya kəndin qazlaşmasından getmir. Həmin o məntəqələrə qədər 11 256 metr daşıyıcı xətlər çəkilir”, - Eldəniz Vəliyev qeyd edib.