
“ABŞ-nin Qarabağdakı prosesə müdaxiləsi lazımdır” – AKTUAL ŞƏRH
Yusif Nəzərli
10:37 02.08.2022
Qarabağ
796
“Ceyhun Bayramovun ABŞ dövlət katibinin köməkçisinə erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığını bildirməsi olduqca vacib məsələdir”
“Çünki Azərbaycan gələcəkdə həmin ərazilərdə antiterror əməlliyyatları keçirdikdə, artıq digər hegemon dövlətlərin buna qarşı çxımasına imkan verilməyəcək”
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.Tərəflər,Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması prosesinin mövcud durumu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzalandığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında ikitərəfli görüşlər nəticəsində bəyanatların icrası məsələləri barədə fikir mübadiləsi aparıblar.C.Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi üçün tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edib.Bu xüsusda,10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulanıb.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri,politoloq Samir Hümbətov tərəflərin telefon danışığını “sherg.az” a şərh edərkən bildirib ki, indiki halda Qarabağda, Ermənistan-Azərbayacan sərhəddində vəziyyət gərgin olaraq qalır:
“Atəşkəs Ermənistan tərəfindən mütəmadi olaraq pozulur. Əlbəttə, ABŞ ATƏT-in keçmiş sədrlərindən biridir. Eyni zamanda, o rəsmi İrəvana təsiretmə gücünə malik dövlətdir. Yaranmış durumdan öz maraqları üçün istifadə etmək niyyətində də olduğu üçün indiki halda ABŞ-nin bu məsələyə müdaxiləsi gözləniləndi. Digər tərəfdən son dövrlər Rusiyadan SSRİ-nin bərpası ilə bağlı çağırışların mövcudluğu Qarabağda stabilliyin pozulmasını istəyən tərəflərin hansısa məkrli planının göstəricisi kimi qiymətləndirilə bilər”.
Politoloq düşünür ki, İranın Zəngəzur dəhlizinin açılmasına qarşı ortaya qoyduğu mövqe, bu dəhlizin açılmaması üçün əlindən gələn bütün imkanlardan istifadə etməsi də diqqət mərkəzindədir:
“Rəsmi Moskvanın Qarabağda qeyri-stabilliyin davam etdirilməsinin tərəfdarı olduğu da göz qabağındadır. Ona görə də fikrimcə, ABŞ-nin indiki məqamda prosesə müdaxiləsi lazımdır. Çünki Azərbaycan böyük enerji potensialına sahib dövlətdir. ABŞ Xəzər dənizinin karbohidrogen yataqlarının geniş həcmdə olması təkcə Azərbaycanın deyil ,eyni zamanda,Türkmənistan və Qazaxıstan neft qazının da Avropaya çıxarılmasında Azərbaycanın mühüm vasitəçi olmasını nəzərə alaraq rəsmi Bakıya dəstək verəcək. Belə olan halda həm regionda sülh olacaq, həm də regionun inkişafında gələcək perspektivlər daha da genişlənəcək”.
S.Hümbətov diqqətə çatdırıb ki, Ceyhun Bayramovun ABŞ dövlət katibinin köməkçisinə erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığını bildirməsi olduqca vacib məsələdir :
“Çünki Azərbaycan gələcəkdə həmin ərazilərdə antiterror əməlliyyatları keçirdikdə ,artıq digər hegemon dövlətlərin buna qarşı çxımasına imkan verilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual