Ağdamda nəinki evlər, bütün məscidlər, yollar viran qoyulub
02:04 17.08.2021
Qarabağ
740
QHT sədri Ağdam səfərinin təəssüratlarını bölüşüb
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri işğaldan azad edilən Ağdam şəhərində səfərdədirlər. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi, Agentliyin sədr müavini Vüsal Quliyev müşayiət edirlər. Qeyd edək ki, daha öncə könüllü və gənclər təşkilatlarının nümayəndələri Ağdama səfər edib.
Ağdama səfər edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Şərq"ə bildirib ki, ermənilər Ağdam şəhərini tamamilə yağmalayıblar:
"Burda olan bütün daşına bilən nə varsa, hamısını özləri ilə aparıblar və şəhəri darmadağın ediblər. Düşündüyümüzdən də çox acınacaqlı mənzərələr burada bizim qarşımıza çıxdı. Ağdama səfər edən hər kəsi erməni terrorizmi aydın şəkildə təəccübləndirir və düşmənə olan nifrət hissini daha da artırır. Çünki ermənilər 30 ilə yaxın müddət ərzində bu ərazini yalnız dağıdaraq ərazidən bufer zonası kimi istifadə ediblər və daşı daş üstə qoymayıblar. Hazırda Ağdamda quruculuq, bərpa, yenidənqurma işləri gedir və inanırıq ki, çox tez bir zamanda Ağdam öz tarixi görkəmini bərpa edəcək və o, dünyanın ən gözəl, ən dilbər guşələrindən birinə çevriləcək. Hazırda əsas məqsəd bundan ibarətdir ki, ərazilərin minalardan təmizlənməsindən sonra təhlükəsizlik mühitində bizim məcburi köçkünlərimiz bu əraziyə qayıtsınlar".
BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı da "Şərq"ə Ağdama səfərinin təəssüratlarını bölüşüb. O qeyd edib ki, Azərbaycanın bir sıra tanınmış QHT nümayəndələri də Ağdama səfər edib:
"Səfər çərçivəsində işğal olunmuş torpaqlarımızda erməni vəhşiliklərinin canlı şahidi olduq. Həqiqətən də Ağdamda baş vermiş bu vəhşilik misli görünməmiş bir faciədir. Bu, 21-ci əsrin ən böyük vəhşiliklərindən bəlkə də birincisisdir. Çünki bura elə bir vəziyyətdədir ki, onu sözlə ifadə etmək mümkün deyil. Burda nəinki evlər, hətta bütün yollar, məscidlərimiz viran qoyulub. Hazırda çox böyük bir vəhşilik ilə üz-üzəyik. 30 il ərzində erməni vəhşiləri torpağımızda daşı daş üstündə qoymayıblar. Heç bir yaşayış binası tikilməyib, əksinə, bütün evlər xarabalığa çevrilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" Vadim Abdullayevi transfer etdi
17:33 16.07.2026
Futbol
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix