
“"Böyük qayıdış" uğurla həyata keçirilir"
Yusif Nəzərli
10:58 23.11.2022
Qarabağ
861
"44 günlük Vətən müharibəsində Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalına son qoydu. Tarixin parlaq qələbəsini qazandı".
Bunu "Sherg.az"a açıqlamasında Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri ilə bağlı danışan millət vəkili Cavid Osmanov deyib.
Parlamentari qeyd edib ki, Vətən müharibəsi bitəndən sonra dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə 100 kilometrlərlə ən müasir standartlara cavab verən nəqliyyat və dəmir yolu xətləri çəkilir, yüksək gərginlikli elektrik enerjisinin təminatı reallaşır:
"Prezident həmin əraziləri "yaşıl zona" adlandırıb.

Artıq qısa müddətdə iki beynəlxalq - Füzuli və Zəngilan hava limanının tikintisi başa çatdırıldı. Laçında üçüncü beynəlxalq hava limanının tikintisi davam etdirilir. Digər tərəfdən yaşayış evlərinin tikintisi aparılır. Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin açılışı ilə "Böyük qayıdış" prosesinə start verildi. Təkcə keyfiyyətcə deyil, eləcə də, müasirliyi ilə seçilir. Əhalinin məşğulluğu belə təmin edilib.
Erməni vandalizm aktı nəticəsində tarixi, dini, mədəni abidələr dağıdılıb. Onun bərpası istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən müvafiq tədbirlər görülür. Əsas məqsəd "Böyük qayıdış"ı təmin etmək, vətəndaşlarımızı əzəli torpaqlarına geri qaytarmaqdır. Prezident İlham Əliyev noyabrın 16-da sərəncam imzalayıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair 1-ci Dövlət Proqramı (2022-2026-cı illər) təsdiq edilib.
Qarabağda, Şərqi Zəngəzurda kənd təsərrüfatının, sənayenin və s. dirçəlməsi üçün addımlar atılır. Təhsil müəssisələri yaradılır, səhiyyə obyektləri tikilir. Təhlükəsizliyin yüksək səviyyədə təmini istiqamətində də mühüm işlər görülür.
Ermənistan Qarabağda minalar basdırıb, təmizləmə işləri aparılır. Sərhədlərimizin müdafiəsindən ötrü hərbi infrastruktur və birləşmələrin yaradılması yönündə addımlar atılır. "Böyük qayıdış" layihəsi uğurla, dünyada miqyası görünməmiş formada həyata keçirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya