Bu daşlardan muzeylərin inşasında istifadə olunacaq
13:49 19.12.2023
Qarabağ
1974
Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Komplekslərində xüsusi tağvari hasar tikiləcək.
Globalinfo.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev “Mədəni İrs” Forumunun “Mədəni irs və müasir memarlıq-şəhərsalma prinsipləri” panelində çıxışı zamanı deyib.
“Bu tağvari hasarın inşasında Ağdamda dağıdılmış binaların daşları istifadə olunacaq. Bunun da, aydın məsələdir ki, mənəvi əhəmiyyəti var. Bu daşlar tarixin yaddaşını yaşadan daşlardır”, – Faiq Hacıyev deyib.O, Füzulidə Zəfər yolunun kənarında yaşayış binalarının salındığını əlavə edib: “Belə ki, 846 mənzildən ibarət birinci yaşayış məhəlləsində yaxın aylar ərzində tikinti işlərinin yekunlaşması gözlənilir”.
Faiq Hacıyev “Böyük Qayıdış” planına uyğun olaraq 2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdamda 1 şəhər 12 kəndin, Füzulidə 1 şəhər 10 kəndin, Xocavənd rayonunda isə Hadrut qəsəbəsi Tuğ kəndinin layihələndirilərək inşa ediləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol