Düşmən narahatdır:”Sərhəd qoşunlarımızın ora yerləşməsi... ”
- AKTUAL
Banuçiçək Kalbalıyeva
10:50 28.03.2020
Qarabağ
1630
Ermənistan növbəti dəfə təxribata əl atıb. Düşmən martın 27-si saat 12:00 radələrindən etibarən Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimizi, arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələrini iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.
Atəşkəs Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən pozulub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub.
Təxribatı "Sherg.az"a təhlil edən , millət vəkili, politoloq Arzu Nağıyev hesab edir ki, bu, müəyyən məqsədlərə xidmət edən cəhdlərdir:
"Əvvəla, onu deyim ki, sərhəd qoşunlarımızın həmin bölgəyə yerləşməsi müəyyən mənada düşmən tərəfini narahat edir. İkinci əsas səbəb isə qlobal əhəmiyyətli koronavirus pandemiyasıdır. Ermənistanda vəziyyət ağırdır. Ancaq Dağlıq Qarabağda “seçkilər” keçirilməlidir. Ona görə də hökumət əhalini inandırmaq istəyir ki, Dağlıq Qarabağda pandemiya yoxdur. Təxribatın əsas məqsədlərindən biri də əhalinin fikrini başqa yerə cəmləmək, xəstəliyi unutdurmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya