“Düşmən Şuşanı erməniləşdirə bilmədi, çünki...”
Banuçiçək Kalbalıyeva
13:36 30.08.2021
Qarabağ
663
“...Şuşada türk, müsəlman ruhu var. Bu, şəhərin hər daşında hiss olunur”
Prezident İlham Əliyev Vaqif poeziya günlərinin rəsmi açılışı zamanı Şuşanın tarixindən danışıb. O bildirib ki, Şuşanın bərpası ilə bağlı ilk səfəri çərçivəsində bütün lazımi göstərişlər verilib və yanvar ayından bu günə qədər, 7 ay ərzində artıq çox böyük işlər görülüb:
“Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görür. Bəli, şəhər hələ ki, dağılmış vəziyyətdədir. Çünki ermənilər nə qədər çalışalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb və Şuşanın bərpası 14 yanvardan başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu barədə “Sherg.az”a danışdı:
“Şuşa ilə erməniləri birləşdirən bir şey yoxdur. Düşmən nə qədər Şuşanı erməniləşdirməyə cəhd etsə də, bunu bacarmadı. Çünki Şuşada türk, müsəlman ruhu var. Bu, şəhərin hər daşında hiss olunur. 17 məhəllə əvvəlki kimi bərpa edilməlidir. Tarixi şəxsiyyətlərin, o cümlədən Əhməd Ağaoğlunun ev muzeyi yaradılmalıdır. O, Şuşanın simvoludur. Ağaoğlunun Şuşanın ermənilərdən müdafiəsində xüsusi rolu olub. Şuşanın Azərbaycana məxsusluğunu dünyaya göstərmək naminə belə addımlar atılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm
BƏƏ-nin Füceyrə limanına yenidən hücum edilib
12:12 16.03.2026
Dünya
Veteran futbolçumuza UEFA-da rəhbər vəzifə verildi
11:58 16.03.2026
Futbol
Yaponiyada strateji neft ehtiyatları satışa çıxarılıb
11:38 16.03.2026
Gündəm