Elman Məmmədov: Ağdərənin azad edilməsi tarixi hadisədir
12:29 29.11.2023
Qarabağ
1340
"Ağdərənin işğaldan azad edilməsi, Prezident İlham Əliyevin Azərbaycan bayrağını orada dalğalandırması, eyni zamanda Xankəndidə hərbi parad zamanı çıxışı bütün dünya azərbaycanlıları, həmçinin türk dünyası üçün qürurverici, şərəfli və tarixi hadisələrdir".
Bu fikirləri "Sherg.az"a açıqlamasında millət vəkili Elman Məmmədov Ağdərə rayonunun azad olunmasından danışarkən deyib.
O, bildirib ki, ermənilər Ağdərənin adını 1923-cü ildə "Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaranan zaman dəyişdirib Mardakert qoymuşdular:
"Mardakert "Dağlıq Qarabağ Muxtar Vilayətində" ərazisinə görə böyük rayon idi. Eyni zamanda əhalisin sayına və iqtisadiyyatına görə də güclü rayon olub. 1991-ci il noyabr ayının 26-da Azərbaycan SSRİ Ali Sovetinin sessiyasında "Dağlıq Qarabağ Muxtar Vilayətinin" statusuna xitam verildi. Bundan sonra Mardakert rayonu ləğv edildi və onun yerində mərkəzi Ağdərə şəhəri olan Ağdərə rayonu yaradıldı. Amma 1992-ci il oktyabr ayında o dövrdəki hakimiyyət heç bir əsas olmadan Ağdərə rayonunu ləğv etdi. Onun ərazisi və əhalisi Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Bu hadisə uzun müddət belə davam etdi".
E.Məmmədov vurğulayıb ki, sentyabr ayında keçrilən lokal xarakterli antiterror tədbirləri nəticəsində artıq Ağdərə şəhəri işğaldan azad olunub:
"Cənab Prezident Ağdərə şəhərinin mərkəzində Azərbaycanın üçrəngli bayrağını ucaltdı. Bundan sonra da İlham Əliyevin təşəbbüsü ilə Ağdərə ilə bağlı Milli Məclisə qanun layihəsi daxil olunub. Noyabrın 27-də Milli Məclisin komitə iclasında biz bunu müzakirə etdik və hamımız lahiyəni çox böyük sevinclə qəbul etdik. Milli Məclisin qarşıdakı plenar iclasında bu öz təsdiqini tapacaq. Yəni Ağdərə rayonu yenidən bərba olundu. Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ağdərə rayonu var və fəaliyyət göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
16:16 14.07.2026
Qarabağ
Tramp Lindsi Qremin bacısının senator təyin edilməsinə nail olub
16:10 14.07.2026
Dünya
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - Ekspert
15:53 14.07.2026
Gündəm
Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
15:48 14.07.2026
Region
ABŞ İranın iki şəhərini bombaladı
15:46 14.07.2026
Dünya