“Ermənistan koronavirusun girovuna çevrilib” - Vəziyyət gərgindir !
Banuçiçək Kalbalıyeva
10:23 26.03.2020
Qarabağ
1472
“Rəsmi məlumatlarda dörd nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyini deyirlər. Əslində isə ölənlərin sayı daha çoxdur. Faktların gizlədilməsinə çalışırlar”
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvlərinin seçkili nümayəndəsi kimi ona müraciət etdiklərini deyib. O, qeyd edib ki, təhlükəsizlik baxımından həmin şəxslərin adlarını açıqlaya bilmir:
“Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmaniyaya yoluxmuş şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verərək, Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər".
T.Gəncəliyev erməni icmasını sosial izolyasiya tədbirlərinə ciddi surətdə riayət etməyə çağırıb:
"Seçkili nümayəndə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcəklər".
Vəziyyəti dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Sherg.az”a deyib ki, koronavirusla əlaqədar olaraq Ermənistanda vəziyyət çox gərgindir:
"Rəsmi məlumatlarda dörd nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyini deyirlər. Əslində isə ölənlərin sayı daha çoxdur. Ermənistan xəstəliyin girovuna çevrilib. Ona görə də faktların gizlədilməsinə çalışır. Necə ola bilər ki, koronavirus dünyanın nəhəng dövlətlərinə ağır zərbə vurduğu halda Ermənistana təsirsiz ötüşsün?! Mümkün deyil! Onu da deyim ki, bu, ermənilərin ilk belə addımları deyil. 1988- ci ildə ölkədə baş verən güclü zəlzələ zamanı da gülünc təbliğata əl atmışdılar".
A.Nağı Azərbaycanın təkcə texnika baxımından yox, həm də informasiya müharibəsi cəhətdən düşmən tərəfindən güclü olduğu qənaətindədir:
"Tural Gəncəliyevin fəaliyyətini təqdir edirəm. Bəlkə də, ermənilər düşünürdülər ki, informasiyanı gizlədə biləcəklər. Amma informasiya müharibəsində bizim daha güclü olduğumuzu nəzərə almaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya