Füzuliyə də “gün doğur”!- Bu torpaqlara yeni “nəfəs" verilir
Fidan Həmişəyeva
15:20 14.06.2021
Qarabağ
673
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonda səfərdədirlər. Ölkə başçısı və birinci vitse-prezident Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezidentə hava limanında görülən işlər barədə məlumat verilib.
Dövlət başçısı Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub. Ali Baş Komandan həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.
Prezidentin azad edilmiş ərazilərimizdəki bütün səfərlərinin vacib olduğunu deyən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a bildirib ki, ölkə başçısı bütün infrasturuktur layihələri ilə şəxsən tanış olur:
“Ali Baş Komandan azad olunan ərazilərdə müvafiq işlərin görülməsi üçün tapşırıqlar verib. Belə səfərlərin olması onu göstərir ki, dövlət başçımız kabinet adamı deyil. O, vətəndaşların yanındadır, qoyulan tapşırıqların icrası ilə dərindən maraqlanır, hansısa işi görən fəhlələrlə görüşür. Ölkə başçısı belə səfərlər zamanı hərbi məsələləri də nəzərdən keçirir.
Eyni zamanda müəyyən təhlükəsizlik tədbirlərinin görülməsi üçün davamlı olaraq yeni göstərişlər verir. Ümumiyyətlə, Prezidentimiz daha çox işğaldan azad edilmiş ərazilərdə olub, nəinki paytaxtda. Bu, onun iş prinsipidir. Düşünürəm ki, həmin iş prinsipi digər rəhbərlərə, məmur və nazirlərə örnək olar”.
Ş.Ramaldanov qeyd edib ki, torpaqlarımızı düşməndən azad etmişik və ölkə başçısı çalışır ki, həmin ərazilərə nəfəs versin:
“Cənab Prezident harada önəmli bir məsələ varsa, orada olur. Onun Füzuliyə səfəri də bir çox problemin yerində həlli və lazımlı tapşırıqların verilməsini sürətləndirir. Azad olunan ərazilərimizə gələn xarici səfir və diplomatlar çıxışlarında bildirirlər: “Biz bu ərazilərə birinci dəfə gəlmirik. Lakin ilk dəfə ilə indiki arasında böyük fərq görürük”. Həmin dəyişikliklər ilk növbədə Prezidentin rəhbərliyi altında çalışan dövlət qurumlarının işidir. Mina sahələrinin təmizlənməsi kimi mövzular isə kompleks məsələlərdir. Prezident bu məsələ ilə bağlı önəmli tapşırıqlar verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda şəhid atası gəlinini öldürüb
18:55 01.06.2026
Hadisə
Yevlax sakini Bakıda qətlə yetirilib, qaynı tutulub
18:34 01.06.2026
Hadisə
Uşaq Qaynar Xəttinə daxil olan müraciətlərin sayı açıqlandı
18:17 01.06.2026
Cəmiyyət
Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək
17:59 01.06.2026
Gündəm
BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir
17:58 01.06.2026
Gündəm
Putinin “gizli ailəsi”: İki oğlunun olduğu bildirilir - FOTO
17:53 01.06.2026
Dünya
SON DƏQİQƏ: İran ABŞ-la danışıqları dayandırdı
17:48 01.06.2026
Gündəm
Sabah BTQ dəmir yolu xətti istifadəyə veriləcək - FOTO
17:24 01.06.2026
İnfrastruktur
Medvedev: Paşinyan axırda Avropaya qaçacaq
17:22 01.06.2026
Gündəm
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd edilib
17:09 01.06.2026
Media
Azərbaycanda uşaqların sosial müdafiəsi gücləndirilir
16:57 01.06.2026
Cəmiyyət
Bəzi ərazilərdə yağış yağacaq - XƏBƏRDARLIQ
16:01 01.06.2026
Ekologiya
Makron Trampla Yaxın Şərqi müzakirə edib
15:13 01.06.2026
Gündəm