Generallar vəziyyəti öyrənir:“Şəxsi heyətə tapşırıqlar veriləcək”
Banuçiçək Kalbalıyeva
11:31 18.03.2020
Qarabağ
2535
Şair Ramaldanov: “Məqsəd şəxsi heyətdə ruh yüksəkliyi yaratmaqdır. Amma bununla bərabər yerlərdəki vəziyyət təhlil edilir. Təbii ki, ərazi təsadüfi olaraq seçilməyib”
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri Zakir Həsənov və Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev cəbhə bölgəsinə səfəri davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilib, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqələri və digər hərbi obyektlər, həmçinin bölmələrin silahlanmasında olan zirehli döyüş texnikası, aviasiya eskadrilyası və digər hərbi təyinatlı vasitələrə baxış keçirilib.
Səfərin əhəmiyyəti haqqında “Sherg.az”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov düşünür ki, burada fövqəladə bir səbəb axtarmaq lazım deyil:
“Hər il Novruz bayramı ərəfəsində belə ənənəvi görüşlər keçirilir. Əsas məqsəd şəxsi heyətdə ruh yüksəkliyi yaratmaqdır. Amma bununla bərabər yerlərdəki vəziyyət də öyrənilir, təhlil edilir. Təbii ki, ərazi təsadüfi olaraq seçilməyib. Oradakı şəhərcik salınır. Sözsüz, səfər həm də tikinti işləri tanış olmaq məqsədi daşıyır. Yəqin ki, general-polkovnik Zakir Həsənov, general-polkovnik Məhərrəm Əliyev şəxsi heyətə lazımi tapşırıqlarını verəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya