Mesaj verilib! “Zəngəzur dəhlizi güclə də olsa, açılacaq”
Fidan Həmişəyeva
13:16 31.05.2021
Qarabağ
740
“Fikrimcə, bu istiqamətdə ölkəmiz real addımlar atmalıdır”
“Variant Müharibə yoludursa, Azərbaycan bunu etməli və qoyduğu hədəflərə tam çatmalıdır”
“Ermənistanı məcbur etməliyik ki, Qarabağı Azərbaycan ərazisi kimi tanısın”
Son günlər Azərbaycan-Ermənistan sərhəddində müəyyən gərginlik yaşanır. Kəlbəcər və Laçın rayonları istiqamətində bir çox təxribatların şahidi olduq.
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz də Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.
Nə üçün məhz Naxçıvanın atəşə tutulması barədə “Sherg.az”a danışan politoloq Əhəd Məmmədli bildirib ki, bu yaxınlarda Paşinyanın açıqlaması oldu ki, Azərbaycan və Ermənistan daxilindəki müəyyən qüvvələr yenidən müharibənin olmasını istəyirlər:
“Bu, o anlama gəlir ki, Paşinyan öz ordusuna nəzarət edə bilmir. Ermənistanda seçki qabağı 6 erməni diversantın tutulması və sərhəddə olan atəşlər əslində Paşinyana sərf etmir. Məlumdur ki, əsirlərin olması ermənilər üçün əsas problemlərdən biridir. Ola bilsin Paşinyan öz ordusuna nəzarət etmək gücündə deyil. Məhz Rusiyanın nəzarətində olan qüvvələr bu cür təxribatlar törədirlər. Seçkiqabağı Paşinyanın şansını aşağı endirmək istəyirlər. Çünki Paşinyan sorğularda bütün rəqiblərini üstələyir”.
Ə.Məmmədli vurğulayıb ki, bəlkə də Paşinyan özü bu təxribatlarda maraqlıdır:
“O, qərbyönümlü siyasət yürüdür və Amerikanın maraqlarına xidmət edir. Yəni Rusiya və Türkiyənin nizamladığı atəşkəs Amerikaya sərf etmir. Paşinyana isə tapşırıq verirlər ki, atəşkəsi pozsun və Amerika olaylara müdaxilə etsin. Lakin Azərbaycan istənilən halda bu durumdan maksimum yararlanmalıdır. Rəsmi Bakıya mesaj verilib ki, Zəngəzur dəhlizi güclə olsa da, açılacaq. Fikrimcə, bu istiqamətdə ölkəmiz real addımlar atmalıdır. Variant müharibə yoludursa, Azərbaycan bunu etməli və qoyduğu hədəflərə tam çatmalıdır. Ermənistanı məcbur etməliyik ki, Qarabağı Azərbaycan ərazisi kimi tanısın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm
Qızıl ucuzlaşdı, dollar gücləndi
14:33 06.10.2026
İqtisadiyyat