Qarabağ Universitetində turizm ixtisası tədris ediləcək
Yusif Sultanoğlu
06:42 04.12.2023
Qarabağ
1955
Azərbaycanda daha bir ali təhsil müəssisəsində turizm ixtisası tədris ediləcək.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəhbərlik etdiyi qurumun və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin I görüşündə bildirib.
Tədbirdə 9 ölkənin turizm üzrə aidiyyəti dövlət qurumlarının rəsmi nümayəndələri və turizm təhsili müəssisələrin təmsilçiləri iştirak edir.
"Hazırda Agentliyin tabeliyində 3 turizm təhsili ocağı - universitet, kollec və peşə məktəbi var. Ümumiyyətlə isə, ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir. Yeni yaradılan Qarabağ Universitetində də turizm ixtisası tədris ediləcək", - deyə o qeyd edib.
"Hazırda Azərbaycanda turizm sahəsində on minlərlə insan çalışır. Bununla belə sənayenin daimi inkişafını nəzərə alaraq, turizm sektorunda yüksək ixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat var. Turizm təhsilinin əsas məqsədi də turizmin bütün alt sahələri üçün lazımi bilik və bacarıqlara malik insan kapitalını təmin etməkdir. Bugünki görüş turizm təhsili verən yerli və xarici ali təhsil ocaqlarının bilik və təcrübə mübadiləsinin aparılması baxımından vacib görüşdür. Sabah tədbirin 2-ci günündə qəbul ediləcək “Bakı Bəyannaməsi” ilə bir daha qeyd olunan məqamlar üzrə əməkdaşlığın genişləndirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi öz əksini tapacaq”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol