Qarabağda bütün memarlıq abidələri qorunacaq
13:29 15.08.2021
Qarabağ
1254
Baş idarənin yaradılması çox mühüm idi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin fəaliyyətinə Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edəcək. Bu, Prezident İlham Əliyevin ötən gün imzaladığı Fərmanla təsdiqlənən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamədə əksini tapıb. Bəs, bunun əhəmiyyəti nədir?
Qarabağ bölgəsinin Azərbaycanda memarlıq baxımından fərqlənən regionlardan biri olduğunu qeyd edən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında vurğulayıb ki, bu baxımdan məhz Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması çox mühüm idi. Çünki bu, mövcud memarlıq abidələrinin qorunub saxlanması baxımından vacibdir:
"Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycanın tarixi memarlıq xüsusiyyətlərinə uyğun olaraq şəhərsalma və arxitekturasına imkan verəcək. Yəni bu, bütövlükdə Qarabağda memarlığın qorunmasına və yeni salınacaq şəhərlərimizdə, xüsusən də tarixi arxitektur xüsusiyyətlərin qorunub saxlanmasına əlverişli şərait yaradacaq".
V.Bayramov Qarabağda yaradılacaq tikililərin müvəqqəti reyestrinin əhəmiyyətindən də danışıb: "Bilirik ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə soydaşlarımız məskunlaşacaq. Ona görə də belə bir reyestrin yaradılması, elektron bazanın formalaşması vacibdir. Bütövlükdə bu ondan xəbər verir ki, Azərbaycan artıq Qarabağda genişmiqyaslı quruculuq və bərpa işlərinə start verib. Bu isə qısa zamanda vətəndaşlarımızın məskunlaşmasına xidmət edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" Vadim Abdullayevi transfer etdi
17:33 16.07.2026
Futbol
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix