Qarabağda kənd təsərrüfatı ilə bağlı planlar açıqlanıb
Qarabağda kənd təsərrüfatı ilə bağlı planlar açıqlanıb
Yusif Nəzərli
11:26 19.10.2022
Qarabağ
823
İşğaldan azad edilmiş ərazilərdə ilkin mərhələdə əkin təyinatlı torpaqların həcmi müəyyən edilərək müxtəlif bitkilərin əkilməsinə başlanılıb.
“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisi və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi çərçivəsində təşkil olunmuş Qarabağda biznes və investisiya imkanlarına həsr edilmiş konfransda deyib.
“Ümumilikdə Qarabağın ənənəvi kənd təsərrüfatı potensialının dirçəlməsi və qısa zamanda inkişafı üçün real addımlar atılıb və davamlı olaraq atılacaq. Ənənəvi sahələrinin bərpası ilə yanaşı bölgədə kartof, tərəvəz, bostan və yem bitkiləri əkinlərinin genişləndirilməsi imkanları da böyükdür.
Yüksək əlavə dəyər yaratması, emal sənayesi üçün xammal təminatı və ixrac imkanları perspektivi baxımından həmin ərazilərdə meyvəçiliyin inkişafına da xüsusi diqqət yetiriləcək”, - S.Mövlayev deyib.
Onun sözlərinə görə, bitkiçilik sahəsinin ənənəvi və perspektiv istiqamətlərinin bərpası ilə yanaşı regionda heyvandarlıq sahəsinin inkişafına daha çox üstünlük verilməsi təbii-iqlim və relyef xüsusiyyətləri baxımından daha əlverişli hesab edilir:
“Bu, həmin ərazilərdə otlaq və yaylaqların üstünlük təşkil etməsi və tarixən təsərrüfatçılıq ənənələrinin əsasən bu istiqamətdə olması ilə bağlıdır.
Təsadüfi deyil ki, istər ötən, istərsə də cari il ərzində heyvandarlığın inkişafı üçün böyük potensiala malik olan işğaldan azad olunmuş ərazilərə bir neçə qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi həyata keçirilib”.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi olaraq bütün sadalanan istiqamətlərin ən yaxın gələcəkdə inkişafı üçün lazımi dəstəyin göstərilməsi planlaşdırılır:
“Bu gün aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursu rəhbər tutaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləri əsasında uğurla davam etdirir.
İnanırıq ki, bu cür sərgilərin təşkili ölkəmizin kənd təsərrüfatı sahəsindəki nailiyyətlərinin tanıdılmasına və aqrar məhsulların ixrac potensialının artırılmasına, həmçinin tarixi Azərbaycan diyarı olan və Azərbaycanın aqrar sektorunda mühüm paya malik olan Qarabağın yaxın gələcəkdə sürətli inkişafına öz töhfəsini verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə