Qarabağın havası da təmizdir, suyu da
Turan
02:39 29.04.2021
Qarabağ
599
Burada GMO bitkilərin əkilməsi qadağan olunmalıdır
"Yalnız təbii toxum fondumuzdan istifadə etməklə bitkiçiliyi inkişaf etdirməyə çalışmaq lazımdır"
İsrail Zəngilanda camış ferması tikəcək. Bu barədə rayona səfər etmiş İsrail şirkətinin əməkdaşı deyib. Şirkət nümayəndəsi bildirib ki, İsrail sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəni Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyir. Vurğulanıb ki, əvvəlcə, 300-400 başlıq camış ferması tikiləcək, sonra 1000 başa çatdırılacaq:
“Şirkətimiz ağıllı fermalar üzrə texnologiya ilə işləyir. Bizdə bütün fermanı məlumatların təhlili üzrə proqram təminatına birləşdirən ötürücülər var ki, bu da göründüyü kimi, mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması ilə əlaqədardır. Biz bunu “açar təslimi” layihəsi kimi həyata keçiririk. Buraya texniki-iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, komandanın hazırlanması və mal-qaranın idxalı daxildir”.
Şirkət təmsilçisi qeyd edib ki, heyvanlar sensorlarla təchiz ediləcək:
“Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi. Bu o deməkdir ki, Sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olur. Bu cür ferma çox maraqlı olacaq. Beləliklə, biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik. Bu imkana görə çox sağ olun. Biz sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”.
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə bildirib ki, Qarabağın bərpası üçün çox nəhəng maliyyə vəsaiti, böyük investisiyalar, yeni innovativ texnologiyalar tələb olunur. Ekspertin sözlərinə görə, bütün bu işləri təkcə dövlət imkanları ilə həyata keçirmək əlbəttə çətin olar:
“Ona görə də bir sıra xarici ölkə şirkətlərinin bu işlərə cəlb olunması vacibdir. Bu işlər 3 mərhələdə həyata keçirilməlidir. Minalardan təmizlənmə başa çatdıqca, kommunal və nəqliyyat infrastrukturunun bərpası, sonra kənd və şəhərlərin salınması və nəhayət, aqrar təsərrüfatların və sənaye müəssisələrinin yaradılması işləri görüləcək.
Bunun üçün hər cür potensial var. Bölgənin təbiəti, faydalı qazıntıları, coğrafi mövqeyi burada inkişaf etmiş bir regionun meydana gəlməsinə imkan verəcək. Yəqin ki, konkret sahələr üzrə tenderlər keçiriləcək və daha yaxşı təkliflər verən şirkətlər seçiləcək. İqtisadi layihələri həyata keçirmək üçün Çin, Türkiyə, Belarus, Almaniya, Rusiya, İsrail, Britaniya, İtaliya, İran, ABŞ, Pakistan kimi ölkələrin aqrar və sənaye sahələrində təcrübəli şirkətlərini cəlb etmək olar. Eyni tikinti-quruculuq işlərində də”.
E.Bayramlı vurğulayıb ki, sonrakı mərhələdə turizmi də inkişaf etmək olar:
“Qarabağın çox böyük turizm potensialı var. Hesab edirəm ki, ilk növbədə aqrar sahələrdən meyvəçilik, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq kimi sahələri, sənaye sahəsində isə yüngül və yeyinti sahələrini, həmçinin xalçaçılıq və mədənçilik sahələrini inkişaf etdirmək daha optimal olardı.
Qarabağı cənab Prezidentimizin dediyi kimi cənnətə çevirmək olar. Oranın nümunəvi ekoloji təmiz bölgə olması üçün “ağıllı” şəhər və kəndlər tikilməlidir. Zərərli tullantıları olmayan təmiz texnologiyalardan, həmçinin alternativ yanacaq növlərindən istifadə edilməlidir.
Təbiətin sağlam qalması üçün GMO bitkilərin əkilməsi qadağan olunmalı, yalnız təbii toxum fondumuzdan istifadə etməklə bitkiçiliyi inkişaf etdirməyə çalışmaq lazımdır. Hesab edirəm ki, bu işləri 5 il ərzində də reallaşdırmaq mümkündür və buna 50 milyard manat civarında vəsait tələb oluna bilər.
Həm ölkəmizin imkanları, həm də xarici investisiyalardan istifadə etməklə məqsədə nail olmaq olar. Əminəm ki, belə də olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveç yeni Arktika strategiyasını təqdim edib
22:31 01.06.2026
Dünya
Zaxarova: Rusiya konsulluğunun bağlanmasını cavabsız qoymayacaq
21:00 01.06.2026
Dünya
Tramp: İran danışıqları dayandırdığı barədə ABŞ-a məlumat verməyib
20:53 01.06.2026
Dünya
Edqars Rinkeviç İlham Əliyevi Latviyaya rəsmi səfərə dəvət edib
20:40 01.06.2026
Rəsmi
Ərdoğan CHP-dəki proseslərlə bağlı məsafə saxlayır - TƏHLİL
20:36 01.06.2026
Gündəm
Livanda hücumlar nəticəsində 3433 nəfər ölüb
20:28 01.06.2026
Dünya
KMBİ onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib
20:23 01.06.2026
Aktual
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
20:17 01.06.2026
Ölkə
Hakan Fidan Əraqçi ilə İran-ABŞ danışıqlarını müzakirə edib
19:44 01.06.2026
Gündəm
Ermənistanda bloger Vazgen Saqatelyanın ev dustaqlığı ləğv edilib
19:17 01.06.2026
Region
Bakıda şəhid atası gəlinini öldürüb
18:55 01.06.2026
Hadisə
Yevlax sakini Bakıda qətlə yetirilib, qaynı tutulub
18:34 01.06.2026
Hadisə
Uşaq Qaynar Xəttinə daxil olan müraciətlərin sayı açıqlandı
18:17 01.06.2026
Cəmiyyət