Qazi İTV-nin təşəbbüsünü alqışladı: “Şəhidlərimizin ruhları şad olar, amma..."
Banuçiçək Kalbalıyeva
09:23 26.03.2020
Qarabağ
1478
Firudin Məmmədov: “...Gərək ssenari, rejissor işi yüksək səviyyədə olsun”
İctimai Televiziya və Radio Yayımları Şirkəti 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin çəkilişlərinə başlayıb.
İTV-dən bildirilib ki, filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir. Hazırda bəzi kadrları hazır olan ekran işi haqqında ətraflı məlumat ictimaiyyətə yaxın günlərdə açıqlanacaq.
Məlumata görə Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən "4 gün" adlı ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılır.
Təşəbbüsü yüksək qiymətləndirən Qarabağ qazisi Firudin Məmmədov “Sherg.az” bildirib ki, bu, tarixi aprel döyüşləri haqqında bilgilərin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayacaq: "Əlbəttə, yaxşı addımdır. İdeyanı alqışlayıram. Şəhidlərimizin ruhları da şad olar. Lakin gərək ssenari, rejissor işi yüksək səviyyədə olsun. Bəzən elə filmlər çəkirlər ki, tarixi hadisə təhrif edilir, qəhrəmanlıqlar insanların gözündən düşür. Buna yol vermək olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya