Şuşada 5 mərtəbədən artıq bina tikilməməlidir
20:19 27.05.2021
Qarabağ
655
Memar Zemfira Budaqova:"İşğaldan azad olunmuş bütün şəhərlərimizdə quruculuq bölgənin tarixinə uyğun aparılmalıdır"
Bu günləri Qarabağın incisi sayılan Şuşa şəhərinin bərpasına xüsusi önəm verilir. Çünki Şuşa əcdadlarımızın yaratdığı canlı abidə, tariximizin, mədəniyyətimizin, incəsənətimizin və elmimizin əhəmiyyətli hissəsini özündə cəmləşdirən vahid muzeydir. Əfsuslar olsun ki, cənnət-məkan diyarımız 28 il müddətində düşmən tapdağı altında baxımsız hala düşüb. Mədəniyyətdən bixəbər barbarlar burada əsl vandalizm törədiblər. Burada milli sərvətimiz olan tarixi-dini abidələrimiz dağıdılıb, təhqir olunub, məscidlərimizdə mal-qara, donuz saxlanılıb. Bu günləri Şuşa şəhərinin əvvəlki əzəmətinin geri qaytarılması üçün dövlət səviyyəsində işlər görülməkdədir.
Bu məqsədlə işçi qrupu yaradılıb. Hazırda işçi qrupunun qarşısında duran əhəmiyyətli vəzifələrdən biri Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, tarixi, mədəni və dini abidələrin durumunun, binaların arxitektura görünüşünün, infrastrukturun dəyərləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasıdır.
Ötən gün Milli Məclisin keçirilən iclasında “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi olub.
Müzakirədə Şuşa şəhərinin infrastrukturu, nəqliyyat sistemi barədə məsələlərin müzakirəsi öz əksini tapıb. Diqqətə çatdırılıb ki, Şuşa şəhərinə giriş-çıxış tənzimlənəcək. Müəyyən nəqliyyat vasitələrinin girişinə isə qadağa qoyulacaq.
Şuşa şəhərində bərpa işlərinin aparılması ilə bağlı fikirlərini “Şərq”lə bölüşən Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova böyük məmnunluq və həvəslə Qarabağın yenidən qurulması prosesində iştirak etməyə hazır olduğunu deyib. Tanınmış memar qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarımızda şəhərsalma işi ilə əlaqədar ilk növbədə peşəkar mütəxəssislərin cəlb olunması daha məqsədəuyğundur:
"Hesab edirəm ki, işğaldan azad olunmuş bütün şəhərlərimizdə quruculuq bölgənin tarixinə uyğun aparılmalıdır. Yəni təbii görünüş pozulmadan müasir tikililər inşa olunmalıdır.
Şuşa şəhərinə gəlincə, özüm orda olmasam da əldə etdiklərim məlumatlara əsasən, oranın özünə məxsus relyefi var. Məhz buna görə də onun relyefinə uyğun binalar tikilməlidir.
Oranın relyefinə görə 4-5 mərtəbədən artıq hündür bina tikilməməlidir. Yəni şəhərsalma və bərpa işləri elə aparılmalıdır ki, Şuşa göz oxşayan təbii mənzərəsi, qədimliyi və müasirliyi ilə dünyanın da diqqətini çəksin.
Hesab edirəm ki, Qarabağın incisi adlandırdığımız Şuşa qədimliyi, milli-mənəvi dəyərləri, incəsənət mərkəzi olduğu üçün orada şəhərsalma planlı və düşünülmüş formada həyata keçirilməlidir. Əgər Şuşada tikilən binalar müasir üslubda olarsa, o zaman qədimliyi əks etdirən ornamentlərlə zəngin olmalıdır.
Ümumiyyətlə, burada özünəməxsus ornamentlərdən daha çox istifadə edilməlidir. İlk növbədə onu qədim bir şəhərin yeniləşməsi kimi qələmə verməyi bacarmaq lazımdır. Çünki 5-10 ildən sonra Şuşaya insanlar tərəfindən güclü axın olacaq. İstər yerli, istərsə də turistlər səfər edəcək. Buna görə də Şuşanın tarixinin qorunması ən önəmli faktorlardan biridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm