"Şuşada fərqli şərtlərlə Qars müqaviləsini gözləyirik" - AKTUAL ŞƏRH
Fidan Həmişəyeva
10:06 15.06.2021
Qarabağ
795
Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkiyəli həmkarını və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.
Ərdoğanın bu gün gerçəkləşəcək tarixi səfəri özü ilə sualları da gündəmə daşıyır. Məlumdur ki, iğaldan azad edildikdən sonra Qarabağa ilk səfər edən lider Türkiyə prezidenti olacaq. Azərbaycan və Türkiyənin növbəti mərhələdə siyasi, iqtisadi və hərbi sektorda əməkdaşlığı, atacağı addımların mərkəzi Qarabağ olacaq.
Böyük müqavilənin məhz Şuşada, bölgənin açarı olan şəhərdə imzalanması da Bakı və Ankaranın Qarabağda ciddi proseslərə hazırlaşdığından xəbər verir.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli tarixi səfər barədə fikirlərini "Sherg.az"la bölüşüb:
"Şuşa Azərbaycanın simvol şəhəri kimi diplomatik protokola düşdü. Türkiyə Prezidentin bölgəyə gəlişi işğaldan azad olunan ərazimizə ilk xarici rəhbərinin səfəridir. Bu səfər Türkiyə hərbi varlığının Qarabağda inşa olunması deməkdir. Artıq Qarabağ ərazisi, Azərbaycanın sərhədlər daxilində olan bölgələri Türkiyənin də təhlükəsizlik doktrinası içinə daxil edilmiş olur. Təbii ki, rus sülhməramlıları ilə bağlı narahatlıqlar var. Ermənistan tərəfinin Rusiya, Azərbaycan və Türkiyə arasında yüz il əvvəlki Qars müqaviləsi ilə bağlı baxışlarını yeniləməyə ehtiyac var idi. Bu müqavilədən sonra bir çox ərazini itirmişdik. O cümlədən Türkiyə vasitəsilə Naxçıvanı qoruyub saxlaya bildik. Lakin Qarabağ bölgəsi işğal olunmuşdu. Artıq 100 il sonra yeni bir Qars müqaviləsi lazımdır. Həmin müqavilədə Azərbaycan 100 il əvvəlki kimi zəif yox, əksinə diqtə edən tərəflərdən biridir.Fərqli şərtlərlə Qars müqaviləsini gözləyirik".
Ə.Əlibəyli qeyd edib ki, Ərdoğanın Şuşaya səfəri artıq Ermənistanda maraqlı nəticələr doğurub:
"Onlar Qars müqaviləsinin qüvvədən düşdüyü və Qarsın, Naxçıvanın Ermənistana birləşməsi ilə bağlı iddia qaldırırlar. Əslində isə Ermənistanın varlığı təhlükə altındadır. Türkiyənin Qarabağda varlığı, statusu və mövcudluğu bölgənin inkişafına dair ciddi addımların atılmasını şərtləndirir. Bura yenidənqurma, iqtisadi məsələlər, bölgənin inşa olması, şəhərlərin müasir yaşayış mərkəzlərinə çevrilməsi, smart kəndlərin qurulması, dəhlizlərin açılması və meqalayihələrin icrası daxildir. Həmçinin effektiv şəkildə logostikanın həyata keçirilməsi üçün müasir standartlara uyğun böyük bir hava limanları inşa ediləcək. Səfər çərçivəsində bu məqamların müzakirəsi də nəzərdə tutulur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol