Şuşadakı atəşfəşanlıq ermənilərin yuxusunu ərşə çəkdirdi
Turan
08:06 18.05.2021
Qarabağ
611
"Görünür elə məhz buna görədir ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi siyasiləşdirdi"
“Azərbaycan Şuşada “Xarıbülbül” musiqi festivalını keçirməklə bu torpaqların tarixi kimliyini bir daha dünyaya nümayiş etdirdi”. Bunu “Şərq”ə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. Birlik rəhbəri vurğulayıb ki, festival dünya azərbaycanlılarının qürur və sevincinə səbəb oldu: “Bu həm də tarixi Zəfər, Qələbə festivalı, konserti idi. Ona görə də sədaları və sondakı atəşfəşanlıq erməniləri kəskin şəkildə narahat etdi. Ermənilər bir daha məğlubiyyətin acısını yaşamış oldular. Festivalın və atəşfəşanlığın görüntülərinin ermənilər tərəfindən sosial şəbəkələrdə yayılması, erməni ekspertlərinin bu haqda kədərli açıqlamaları bunun bariz nümunəsidir.
“Xarıbülbül” musiqi festivalına Ermənistan rəhbərliyi özünün çirkin siyasəti ilə cavab verməyə çalışdı. Görünür elə məhz buna görədir ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi siyasiləşdirdi.
Hətta Rusiyanı, o cümlədən KTMT-ni də bu siyasi oyununa alət etməyə cəhd göstərdi, amma istəyinə çata bilmədi. Lakin ermənilər xarici ölkələrdə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparmağa və tərxibatlar törətməyə üstünlük verirlər.
Xüsusən, erməni diasporunun ideoloji mərkəzi hesab olunan Amerikanın Erməni Milli Komitəsi (ANCA) son günlər bu baxımdan daha da fəallaşıb.
ANCA üzvü olan ermənipərəst konqresmenlər ABŞ Prezidenti Cozef Baydenə və dövlət katibi Entoni Blinkenə məktublar yazaraq Azərbaycan əleyhinə çıxışlar edirlər.
Onlar Bayden Administrasiyasının “907-ci düzəliş”dən imtinasından narahatlıqlarını bildirir, Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün çağırışlar edirlər. Konqresin ermənipərəst üzvləri sosial şəbəkə profillərində Ermənistan-Azərbaycan arasındakı son sərhəd gərginliyini əsas tutaraq, ölkəmiz əleyhinə təxribatçı fikirlər səsləndirirlər”.
F.Hüseynzadənin sözlərinə görə, belə məqamda ABŞ ermənilərinin soydaşlarımıza qarşı təxribatlar törətməsi gözləniləndir: “İyul hadisələri zamanı, Vətən müharibəsi dövründə biz ermənilər tərəfindən edilən bu kimi halların şahidi olduq.
ABŞ-ın Los-Anceles şəhərindəki Azərbaycan konsulluğunun erməni ekstremistlərin mümkün təxribatları ilə bağlı müraciəti də bundan irəli gəlir. Bütün bunlar Ermənistanın 44 günlük Vətən müharibəsində məğlubiyyətinin aqressiyasıdır. Dünya erməniləri Azərbaycanın şanlı zəfərini həzm edə bilmirlər. “Xarıbülbül” festivalı isə Ermənistana musiqi sədaları altında vurulan növbəti Dəmir yumruq oldu.
Məhz buna görə də ermənilər milli xislətlərinə uyğun olaraq terror və təxribatçı əməllərə əl atırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm