
Paşinyanın sülh çağırışı tez-tez müraciət etdiyi variantdır - AÇIQLAMA
00:18 27.09.2024
Siyasət
638
Erməni baş nazirin dedikləri ilə İrəvanın intensiv silahlanması arasında təzadlar görünür
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edib. Baş nazir vurğulayıb ki, məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır. Prinsipcə, Paşinyanın bu təklifi onun bir müddət öncə dediyi “Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və preambula tam razılaşdırılıb” fikirinin başqa bir ifadəsidir. Yəni Paşinyan razılaşdırıldığı iddia edilən 13 maddə və preambula əsasında sülh sazişinin imzalanmasını istəyir. Ekspertlərin fikrincə, Bakı hələlik bu bəyanata rəsmi cavab verməsə də, təklif qəbul edilməyəcək.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, razılaşdırılan 13 maddənin nələr olduğu açıqlanmasa da, razılaşdırılmayan 3 maddə ilə bağlı ilkin fikirlər söyləmək mümkündür. Analitikin sözlərinə görə, üç maddə - Ermənistan konstitusiyasının Azərbaycan və ətraf ölkələrə ərazi iddiası ehtiva edən maddələrinin dəyişdirilməsi, üçtərəfli bəyanatda qeyd olunan “maneəsiz hərəkət prinsipi”nin təmin edilməsi və delimitasiya-demarkasiya prosesinin gələcəyinə dair razılığın olmasıdır.

Son günlər Bakının İrəvandan təzminat tələb etməsi və bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşması da sülh sazişində bu məqamın 17-ci maddə ola biləcəyi ehtimalını artırır. Azərbaycan indiki məqamda Ermənistandan daha çox sülhü istəyir. Lakin İrəvanın təklifləri konkret deyil və gələcəkdə münaqişənin yenidən alovlanmasının qarşısını alacaq bəndləri özündə ehtiva etmir. Bakı ən yaxşı halda konstitusiya dəyişikliyindən sonra Ermənistanla ilkin sülh müqaviləsi imzalaya bilər. Aydın məsələdir ki, Paşinyan bu təkliflə həm də sülhdə maraqlı olduğunu göstərmək istəyir. Bu, onun tez-tez müraciət etdiyi variantdır. Lakin erməni baş nazirin sülh haqqında dedikləri ilə İrəvanın intensiv silahlanması arasında təzad var. Sülhdə maraqlı olan bir ölkə silahlanmaya meyilli olmamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya
Agentliyə yeni şöbə müdiri təyin olunub
09:36 20.11.2026
Elm və Təhsil
Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlandı
09:28 20.11.2026
Hadisə
QHT-lər üçün qrant müsabiqələri elan olundu - ŞƏRTLƏR
09:19 20.11.2026
Sosial
Bakının bir sıra yollarında tıxac yaranıb
08:57 20.11.2026
İnfrastruktur
Noyabrın 20-si üç BÜRC üçün xüsusi gün olacaq
08:48 20.11.2026
Sosial