
İndi günahkar kimdir? -Azərbaycan "3+3" formatının əleyhinə deyil
Yusif Nəzərli
02:06 17.09.2025
Region
503
Yaxşı olardı ki, bu ironik sualı Moskva və Tehran özlərinə versinlər
İran xarici işlər naziri Abbas Əraqçi Azərbaycan və Ermənistan arasındakı problemləri "öz mürəkkəbliyi olan məsələlər" adlandırıb. Nazir bu məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməli olduğunu bildirib. Əraqçi deyib ki, xarici dövlətlər, xüsusilə ABŞ bu regionda davamlı sülhə töhfə verməyib: "Biz bu çərçivədə "3+3" regional mexanizmini təklif etmişik". Maraqlıdır ki, "3+3" formatının "zəruriliyindən" ötən gün Rusiya rəsmiləri də danışıblar. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib ki, Moskva Azərbaycan və Ermənistanın "3+3" formatında növbəti görüşün yeri və tarixinin tezliklə razılaşdırılması üçün fəal addımlar atacağını gözləyir. O söyləyib ki, Moskva bu və digər sahələrdə tərəflərə öz köməyini göstərməyə hazırdır: "Ümumiyyətlə, "3+3" formatı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, eyni zamanda, Cənubi Qafqazda digər aktual məsələlərin müzakirəsi üçün uğurlu platformadır". Ötən günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da erməni diqqətə çatdırıb ki, "3+3" formatında nazirlərin növbəti görüşləri hazırlanır: "Moskva bu görüşlərin Bakı və İrəvan şəhərlərində keçirilməsinin tərəfdarıdır". Xatırladaq ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlasa da, real addımlar atmayıblar. Gürcüstan isə Rusiyaya görə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a deyib ki, Azərbaycan 44 günlük müharibənin nəticəsi olaraq bölgədə yaranmış yeni vəziyyətin məhz qonşu ölkələrin iştirakı ilə birlikdə dəyərləndirilməsinin tərəfdarı idi. Ekspert vurğulayıb ki, Bakı bölgədə olan problemlərin region ölkələrinin öz səyləri ilə çözülməsinin, kommunikasiyaların açılmasının tərəfdarı kimi çıxış edirdi:

"Regional əməkdaşlıq və inteqrasiya prosesi bölgə dövlətlərini bir-birinə daha çox yaxınlaşdıracaqdı. Bunu ilk təklif edən Azərbaycan və Türkiyə olub. "3+3" formatına skeptik yanaşanlar var idi. Gürcüstan Rusiya ilə münasibətlərdən dolayı bu platformada təmsil olunmaqdan geri durdu. Eyni zamanda İran tərəfi Zəngəzur dəhlizi və başqa məsələlər səbəbindən "3+3" formatına səmimi yanaşmadı. Əslində, ötən 5 il ərzində Azərbaycan tərəfi daim vurğulayıb ki, bölgədəki problemlərin həllinə region ölkələrinin töhfə verməsi daha məqbuldur. Amma Ermənistanın prosesi yubatması, İrəvanın region ölkələrinə münasibətdə sərgilədiyi spektik yanaşma, dəhlizlə bağlı irəliləyişin olmaması qeyri-region ölkələrin də proseslərə qoşulması ilə nəticələndi. Qeyri-regional dövlətlərin ilkin mövqeləri daha ədalətsiz idi. Onlar birmənalı Ermənistanı dəstəkləməklə məşğul idilər. Lakin ABŞ-də hakimiyyət dəyişikliyindən sonra Vaşinqton Bakı-İrəvan arasında balanslı siyasətə üstünlük verdi. Nəticə etibarı ilə avqustun 8-də Vaşinqtonda sazişlər imzalandı, sülh, sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizi ilə bağlı ortaq məxrəcə gəlmək mümkün oldu".
Z.Məmmədov hesab edir ki, mövcud vəziyyət Rusiya və İranı qane etmir, onların qıcığına səbəb olur:
"Ancaq həmin mərkəzlər bilməlidirlər ki, Azərbaycan və Ermənistan arasında yeni səhifənin açılması o demək deyil ki, regiona Moskva və Tehranla bağlı hansısa planlar cızılır. Yaxud İran və Rusiya bu layihələrdən kənarda qalacaqlar. Xeyr, elə deyil. Bütövlükdə yenə də region ölkələrinin və qlobal güclərin iştirakı ilə biz bölgədə iqtisadi layihələrin inkişafında maraqlıyıq. Hər kəs bu prosesə töhfəsini verə və faydalana bilər. Hansısa ölkə düşünməsin ki, indiki proseslər kiminsə əleyhinədir. Sadəcə olaraq artıq yeni səhifələr açmağın vaxtıdır. Əslində, ötən 30 il ərzində regional dövlətlər istəsəydilər, keçmiş Qarabağ problemini həll edə bilərdilər. Zamanında bunu istəmədilər və hesab etdilər ki, münaqişənin qalması onların xeyrinədir. İndi günahkar kimdir?! Yaxşı olardı ki, bu ironik sualı Moskva və Tehran özlərinə versinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya