İsfahan Texnologiya Universiteti və Tehrandakı Elm və Texnologiya Universiteti ABŞ-la İsrailin hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai X hesabında yazıb.
“ABŞ ilə İsrailin İrana hücumunun əsl məqsədi aydınlaşır: Universitetləri, tədqiqat mərkəzlərini, tarixi abidələri və görkəmli alimləri sistemli şəkildə hədəfə alaraq ölkəmizin elmi təməlini və mədəni irsini iflic etməyi hədəfləyirlər”, - Bəqai qeyd edib.