
Əl-Şaraa Türkiyənin siyasi dəstəyiylə Suriyanın təhlükəsizliyi təmin edəcək -Politoloq
12:58 10.03.2025
Region
573
“Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvənin və ya ölkə içindəki qruplaşmaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.”
Bunu Suriyanın prezidenti Əhməd əl-Şara ölkənin qərbində baş verən hadisələrə münasibət bildirərkən deyib.
O bildirib ki, bu gün biz yeni təhlükə ilə üz-üzəyik.
"Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir".
Qeyd edək ki, martın 6-da Laziqiyyə, Tartus və Homs vilayətlərində hökumət qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşma yaşanıb.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, uzun illər ərzində Suriyada davam edən vətəndaş müharibəsi müxalif qüvvələrin qələbəsi ilə yekunlaşdı:

“Nəticə etibarilə Bəşər Əsəd ölkədən qaçmaq məcburiyyətində qaldı. Hazırda Suriyada mövcud olan sabit duruma isə dünyanın bir çox ölkələri dəstək vermək niyyətindədirlər. Türkiyə və bir sıra dövlətlər Suriyada sabitliyə, təhlükəsizliyə və sülh yönündə dayanıqlı duruma dəstək verməyə çalışırlar. O cümlədən bəzi qüvvələr tərəfindən də hazırki vəziyyətə qarşı müqavimət göstərmək və Suriyanı yenidən ziddiyətlər dövrünə geri qaytarmaq yönündə də müəyyən addımlar atılır. Bir neçə gün öncə Tartus, Latakiya və Homs vilayətində devrilmiş qüvvələr ilə hökümət arasında toqquşma baş verib. Qardaş Türkiyənin regionda nüfuz qazanmasına qarşı çirkin əməllər davam etdirilir. Lakin bütün bunlara baxmayaraq yeni formalaşan Əhməd əl-Şaraa höküməti və Türkiyənin siyasi dəstəyiylə Suriyanın ərazi bütövlüyü və təhlükəsizliyi təmin olunacaq. Suriya hazırda çox çətin bir dövrdən keçir. İsrailin Suriya ərazilərində daha böyük coğrafiyanı əhatə etməsi və ölkənin Şimal Şərqində yaranan separatçı vəziyyətlə bağlı yeni hökümət qalib gəlsə, uzun müddət bölgədə təhlükəsizlik yarana bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi