İranın xarici işlər naziri Abbas Əraqçi ilə omanlı həmkarı Bədr Əl-Busaidi arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, A. Əraqçi bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Maskatdakı son birgə bəyanatdan sonra məhsuldar telefon danışığı olub", - o bildirib.
Əraqçinin sözlərinə görə, İran və Oman Hürmüz boğazında gələcək idarəetmə və dənizçilik xidmətlərini müəyyən etmək üçün dialoq aparacaq:
"Biz qərarlıyıq və bunu qonşularımızla müzakirə edərək həyata keçirəcəyik".