“Armenpress”in məlumatına görə, Ermənistan Prezidenti bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Karen Qriqoryan Ermənistanın Pakistanda səfiri təyin edilib.
Karen Qriqoryan Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiridir. Onun iqamətgahı Əbu-Dabidə yerləşəcək.
Bu, Ermənistan ilə Pakistan arasında diplomatik münasibətlərin ötən il – 2025-ci ilin avqustunda qurulmasından sonra İslamabada ilk səfir təyinatıdır. Tərəflər ilkin mərhələdə rezident olmayan səfirlər vasitəsilə diplomatik əlaqələri həyata keçirmək barədə razılığa gəliblər.