Aİ Ukraynaya dron istehsalı üçün milyardlarla avro ayıracaq

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynaya pilotsuz uçuş aparatlarının istehsalını artırmaq üçün əlavə maliyyə dəstəyi ayrılacağını bəyan edib.

Sherg.az xəbər verir ki, fon der Lyayen bildirib ki, Avropa İttifaqı ötən həftə Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi məqsədilə nəzərdə tutulan 90 milyard avroluq paketin ilk 4 milyard avroluq hissəsini Kiyevə təqdim edib. O, həmçinin Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin hazırlanması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri son günlər Ukraynanın müxtəlif bölgələrində yerləşən hərbi infrastruktur obyektlərinə zərbələr endirib. Kiyev meri Vitali Kliçko bu hücumların münaqişə başlayandan bəri ən irimiqyaslı əməliyyatlardan biri olduğunu bildirib.