Ermənistanda uşaq bağçasından 130-dan çox uşaq ilanlara görə təxliyə edilib

Ermənistanın Ararat vilayətində yerləşən uşaq bağçasında binada beş ilan aşkarlandıqdan sonra 135 uşaq təxliyə edilib.

Sherg.az xəbər verir ki, bu barədə kriminal xəbərlər saytı "Shamshyan.com" məlumat yayıb.

Hadisə sentyabrın 6-da saat 10:00 radələrində Artaşat rayonunun Kaxtsraşen qəsəbəsindəki uşaq bağçasında baş verib.

İlanları ilk olaraq uşaqlar və müəssisənin əməkdaşları görüblər. Uşaqlar və işçilər təcili şəkildə təxliyə edildikdən sonra bağçanın direktoru xilasedicilərə müraciət edib.