Tbilisi meriyası paytaxta yağan güclü və intensiv yağış nəticəsində yaranmış müəyyən problemlərlə bağlı məlumat yayıb.
Teleqraf xəbər verir ki, bu barədə Aktual.ge saytı məlumat yayıb.
Meriyanın məlumatına görə, güclü yağış nəticəsində küçələr, zirzəmilər, həmçinin “Rustaveli” və “Vaja-Pşavela” metro stansiyalarını su basıb.
Meriyadan bildirilib ki, xüsusilə böyük miqdarda yağıntı Tamaraşvili prospektində qeydə alınıb.
“Saburtalo rayonunda, Çikovani küçəsində qaz boru xətti zədələnib. Bununla əlaqədar yaxınlıqdakı binada yaşayan sakinlər təxliyə edilib. Hazırda şəbəkənin bərpası işləri aparılır.
Tbilisi meriyasının müvafiq xidmətləri, eləcə də paytaxtın rayon administrasiyaları gücləndirilmiş rejimdə çalışır.
"Tblservice Group" tərəfindən yollar təmizlənir və küçələrdə qayda yaradılır.
Bütün problemli ərazilərdə Fövqəladə Halların İdarəolunması Xidməti və Patrul Polisi səfərbər edilib.
Qaynar xəttə daxil olan zənglərə operativ şəkildə reaksiya verilir", - deyə məlumatda bildirilib.