Sentyabrın 14-də Omanda İraqın, İranın və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Hörmüz boğazında yaranmış vəziyyətə həsr olunan çoxtərəfli görüş keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Qeyd olunub ki, görüşdə İran və Oman arasında Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı aparılan danışıqların nəticələri müzakirə ediləcək.