Ermənistanın bütün ermənilərin katolikosu II Qaregin və altı yepiskopun işi üzrə növbəti məhkəmə iclası sentyabrın 18-nə təyin edilib.
Sherg.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Cinayət Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
İşə hakim Serj Rüşanyan baxacaq. Bununla belə, məhkəmə prosesinin harada keçiriləcəyi məsələsi hələ dəqiqləşdirilməyib. Bu, iş üzrə artıq üçüncü məhkəmə iclasıdır.
Qeyd edək ki, iş Ermənistan İstintaq Komitəsinin II Qareginin yepiskop Gevork Saroyanı ruhanilikdən məhrum etməsi ilə bağlı qərarından sonra açılıb. Qaregin II və daha altı Ermənistan Apostol Kilsəsinin Ali Ruhani Şurasının üzvü məhkəmə işi üzrə təqsirləndirilən şəxslərdir.
Onlara məhkəmə qərarını icra etməmə, onun icrasına mane olma və qərarın icra edilməməsinə sövq etmə ilə bağlı ittihamlar irəli sürülüb.