Mehrdad Əxlaqi Kitabçı İran İslam Şurası Məclisinin (parlament) deputatlarından etimad rəyi alaraq ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri seçilib.
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İran parlamentinin bugünkü iclasında M.Əxlaqinin proqramı və namizədliyi nəzərdən keçirildikdən sonra səsvermə keçirilib və o, yeni vəzifəsinə təsdiqlənib.
Qeyd edək ki, bundan əvvəl bu vəzifəni general-mayor Əziz Nəsirzadə icra edirdi. O, ötən ilin fevralında ABŞ və İsrail rejimi tərəfindən həyata keçirilən hücumlar nəticəsində həlak olub.
