Ermənistanda “Güclü Ermənistan” partiyasının lideri və biznesmen Samvel Karapetyan Baş nazir Nikol Paşinyanı məhkəməyə verib.
Sherg.az xəbər verir ki, Karapetyan Paşinyandan açıq şəkildə üzr istəməsini, 3 milyon dram (təxminən 8 min dollar) təzminat ödəməsini və mayın 29-da səsləndirdiyi fikirləri canlı yayımda və ya sosial şəbəkə hesabında təkzib etməsini tələb edir.
İddianın səbəbi Paşinyanın Karapetyan barədə məhkəmədə onu “göbələklə yedizdirəcəyi” ilə bağlı ifadəsidir.
Qeyd edək ki, Paşinyan daha əvvəl də Karapetyana qarşı iki məhkəmə iddiası qaldırıb. O, hər iki iş üzrə açıq təkzib və 6 milyon dram təzminat tələb edib.