
Məcburi hicab insanları daha da dindən uzaqlaşdırır - İlahiyyatçı
15:26 11.08.2025
Region
564
İslahatçı Prezident istəyir ki, insanlar dinə ikrahla yox, məhəbbətlə yanaşsınlar
İslam dünyasında dini qaydaların tətbiqi ilə fərdi azadlıqlar arasında tarazlıq məsələsi daim müzakirə mövzusu olmuşdur. Xüsusilə İranda qadınların ictimai həyatda geyim normalarına tabe olması məsələsi uzun illərdir cəmiyyətin diqqət mərkəzindədir. Bu çərçivədə hicab məsələsi yalnız dini göstəriş kimi deyil, həm də dövlət siyasətinin bir hissəsi olaraq ön plana çıxır. İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib ki, hicab məsələsini zor tətbiq etməklə həll etmək mümkün deyil. "Azad İran" "Telegram" kanalı bu barədə məlumat yayıb.
İlahiyyatçı Tural İrfan mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Hicab İslamda qaydalardan biridir. Lakin dinin qaydaları məcburi deyil. Həmçinin hicab məsələsində də qadınları buna məcbur etmək olmaz. İran Prezidentinin bu haqda çıxışı tamamilə İslama uyğundur. Çünki zorla, məcburi hicab qanunu insanları daha da dindən uzaqlaşdırır, onlarda ikrah yaradır, diksindirir. Bu könüllü olmalıdır. Quranda buyurulur ki, dində məcburiyyət yoxdur. Yəni, dinin əmrləri insanlara könüllü qəbul etdirilməlidir. Qadınları hicaba məcbur etmək İranda dəfələrlə kəskin etirazlara səbəb olub. İslahatçı Prezident isə istəyir ki, insanlar dinə ikrahla yox, məhəbbətlə yanaşsınlar".
İlahiyyatçı Ali dini lider Xameneinin daha sərt və mühafizəkar qərarları dəstəklədiyini qeyd edib:
"Şübhəsiz ki, bu, onun ürəyincə olmayacaq. Ancaq ola bilər ki, o da daxili etirazlara rəğmən yumşalmaya getməyə məcbur qalsın və bunu Prezidentin əli ilə etmiş olsun. Hər bir halda mühafizəkar qanad Prezident Pezeşkiyanın mövqeyi ilə razılaşmayacaq.
Ola bilər ki, yaxın zamanda daxildə siyasi qarşıdurmalar olsun. Çünki hazırda İranı əslində iki, bir-birinə əks olan qüvvənin idarə etdiyini götürür. Əgər bu dərinləşərsə, hakimiyyətdaxili qarşıdırma həddinə çata bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm