
Parlamentari: Ermənistanın silahlanması onun sülh niyyətinin olmadığını sübut edir
09:57 10.02.2025
Region
576
Ermənistan və Azərbaycan müttəfiq münasibətlərimiz olan ölkələrdir, istərdik ki, Bakı və İrəvan münasibətlərin uzunmüddətli davamlı həllinə yol açacaq və gələcək nəsillər üçün mina qoymayacaq bir sülh müqaviləsi hazırlasın.
Bunu Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin deyib.
“Təbii ki, hər zaman irəliyə doğru hərəkəti asanlaşdırmağa hazırıq. Amma Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanı hansısa Qərb platformasında tezliklə sülh müqaviləsi bağlamağa sövq edən istənilən tələsik sənədin imzalanmasının əleyhinəyik. Bu cür tələsik, düşünülməmiş və tam təsdiqlənməmiş qərarlar uzunmüddətli davamlı sülhə gətirib çıxarmaya, əksinə, gələcək üçün müəyyən qarşıdurma toxumları əkə bilər. Bunu təbii ki, nə Ermənistan, nə Azərbaycan, nə Cənubi Qafqaz, nə də Rusiya üçün arzuolunan hesab edirik. Təəssüflər olsun ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası üzrə işi indi yarımçıq qalıb və belə demək mümkünsə, dondurulub. Tərəfləri, ilk növbədə erməni dostlarımızı bu qrup çərçivəsində işə qayıtmağa çağırırıq. Rusiya tərəflər arzu edərsə, onlara hər cür kömək göstərməyə həmişə hazırdır”, - o bildirib.
Milli Məclisin deputatı Azər Badamov "Sherg.az"a deyib ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Mixail Qaluzinin İzvestiya qəzetinə verdiyi müsahibədə Ermənistana regiondakı kommunikasiyaların açılması istiqamətində işləri davam etdirməyə çağırış etməsini müsbət addım hesab edir:

"Cənubi Qafqaz regionu sülh və əməkdaşlıq regionuna çevrilməlidir. Ona görə də dövlət başçımız müharibənin başa çatdığı ilk gündən Ermənistana düşmənçilk səhifəsini bağlamağa və münasibətlərə yeni səhifədən başlanmasına çağırış edib. Regionda kommunikasiyaların açılması isə ilk növbədə Zəngəzur dəhlizindən başlanmalıdır. Çünki, 10 noyabr 2020-ci ildə imzlanmış üçtərəfli Bəyanata imza atan Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb. Bu baxımdan Zəngəzur dəhlizinin açılması regional kommunikasiyalara impuls verə bilər. Ermənistan rəhbərliyi görüntü yaratmaq üçün regional kommunikasiyalardan danışaraq özünü sülhün tərfdarı kimi nümayiş etdiməklə ölkəsinin hərbiləşdirilməsinə üstünlük verib. Belə ki, Fransadan aldığı SEZAR özüyeriyən haubitsaları və Boiston zirehli maşınların alışının artırması, Hindistandan aldığı Brahumos, ASTRA tipli raketləri və Akaş tipli zenit komplekslərinin alışının artırması, İspaniya və Polşa ilə silah alverinə dair sazişlər imzalaması və Puti limanı vasitəsilə yüzlərlə hərbi təyinatlı texnikaları idxal etməsi Ermənistanın heç də sülh niyyətinin olmadığını sübut edir".
Deputat vurğulayıb ki, Ermənistanın hərəkətləri heç də regionda komunikasiyaların açılmasına xidmət etmir:
"Mixail Qaluzunin çağırışını Ermənistanda ciddi qəbul etməyəcək. Əgər Ermənistan rəhbərliyi bu kimi çağırışlara əhəmiyyət versəydi, Qərblə hərbi əməkdaşlığın genişləndirilməsinə və ölkəsinin hərbiləşdirilməsinə yox, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına üstünlük verərdi. Ümumiyyətlə Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılıqlar ikitərəfli platformalarda nail olunub. Bu baxımdan kənar tərəfdaşlara ehtiyac görmürəm. Sadəcə Ermənistan məsələyə konstruktiv yanaşarsa, ikitərəfli danışıqlar müstəvisində bütün məsələləri həll etmək mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi