“İranın sülh üçün səy göstərməsinə baxmayaraq, ABŞ diplomatik mexanizmlərdən istifadə etmək əvəzinə müharibə, qeyri-sabitlik və güc yolu ilə öz iradəsini qəbul etdirmək yolunu seçib”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Dövlət başçısı İranın heç vaxt müharibəni istəmədiyini iddia edib.
İran Prezidenti bildirib ki, ağıl və məntiq müharibədən və müharibə tərəfdarı siyasətdən uzaq durmağı tələb edir: “Amma ABŞ daxilində öz maraqlarını müharibənin davamında görən və qarşıdurmanın sürməsini istəyən qüvvələr var. Sülh tərəfdarı mövqeləri gücləndirmək və sülh, sabitlik və təhlükəsizlik istiqamətində hərəkət etmək lazımdır”.
Pezeşkian əlavə edib ki, regionda və dünyada ağıllı insanların istəyi sülh, təhlükəsizlik, əmin-amanlıq və müharibədən uzaq durmaqdır:
“Mövcud problemlərin həlli dialoq və əməkdaşlıqdır və qeyri-sabitliyin və qarşıdurmanın genişlənməsinin qarşısını almaq üçün bütün imkanlardan istifadə edilməlidir”.