
Politoloq: Konkret razılığa gəlinərsə, Vaşinqton İranı da Çindən uzaqlaşdıracaq
10:57 19.05.2025
Region
485
İran Prezidenti Məsud Pezeşkian Amerika tərəfi ilə razılığa gəlməyi mümkün hesab edir, lakin bir şərtlə ki, Vaşinqton Tehranı qorxutmaqdan əl çəksin.
O, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşü zamanı deyib.
Pezeşkian vurğulayıb ki, Tehran heç bir halda gücə tabe olmayacaq.
Bundan əvvəl İran XİN rəhbəri Abbas Arakçı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff da daxil olmaqla, ABŞ rəsmilərinin bəyanatlarına baxmayaraq, İranın uranı zənginləşdirməyə davam edəcəyini bildirib.
Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Vaşinqton-Tehran danışıqlarında Tehranın gedə biləcəyi güzəştlərin açıqlanması İranın həm daxili auditoriyada, həm də beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər:

"Ona görə də İran bir çox məsələlərin gizli qalmasında maraqlıdır. Ortada sadəcə nüvənin zənginləşdirilməsi məsələsi durmur. Həmçinin ABŞ İranın bəzi proksi qüvvələri dəstəkləməyi dayandırması tələb olunur. Bu baxımdan Tehran öz qərarını verməkdə tələsmir. Danışıqlar sayəsində özünün qismən də olsa, maraqlarını təmin etmək istəyir. İrana tətbiq olunan sanksiyalardan tutmuş, dondurulmuş milyardlarla vəsait var ki, bunların geri qaytarılması ölkənin iqtisadi vəziyyətini nisbətən yüngülləşdirə bilər. Eyni zamanda Pezeşkian ABŞ-nin açıq şəkildə İranı hədələməsi fonunda bu cür güzəştə getməkdə çətinlik çəkdiyini göstərir. Digər tərəfdən danışıqların uzanması yalnız ABŞ, İran və İsraili əhatə edən məsələ deyil".
Politoloq əlavə edib ki, Ağ Ev bu məsələyə Vaşinqton-Pekin mübarizəsi kontekstində yanaşır:
"ABŞ bir tərəfdə Rusiya-Ukrayna müharibəsini bitirməyə çalışır. Odur ki, Moskvaya bir çox güzəştlər etməklə öz yanına çəkmək istəyir. Nüvə danışıqları məsələsində isə konkret razılığa gəlinərsə, Vaşinqton İranı da Çindən uzaqlaşdıracaq. Ümumiyyətlə ABŞ özünə qarşı olan qüvvələri zərərsizləşdirərməklə məşğuldur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm