Ermənistanın ikinci prezidenti Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryan saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan parlamentinin deputatı Levon Köçəryanın evində axtarış aparıblar, Robert Köçəryanı isə Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparıblar.
Bundan əlavə, səhər tezdən vergi orqanları “Toyota” şirkətinin İrəvandakı ofisini möhürləyib. Hazırda komitənin əməkdaşları “Orange Fitness” klubundadır.
İstintaq Komitəsinin məlumatına görə, cinayət işi çərçivəsində “Orange Fitness” idman klubunda, “Play City” əyləncə mərkəzində və onların rəhbərlərinin evlərində istintaq və digər prosessual tədbirlər həyata keçirilir. Köçəryan ailəsinin bu şirkətlərdə payları var.
Yerli mediaya yazıb ki, Baş nazir Nikol Paşinyan dünən hüquq-mühafizə orqanlarına Robert Köçəryan və digər sabiq prezident Serj Sərkisyanın əmlakının müsadirə edilməsi ilə bağlı göstəriş verib.