SEPAH: ABŞ-nin Hörmüz boğazı ilə bağlı heç bir əlaqəsi yoxdur

İran ordusu Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı məsələlər üzrə Tehran və Vaşinqton nümayəndələri arasında qaynar xəttin yaradılması barədə məlumatları təkzib edib.

"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPHA) bildirib.

"ABŞ rəsmilərinin Hörmüz boğazı ilə bağlı İranla birbaşa əlaqə xəttinin qurulması ilə bağlı açıqlamaları uydurmadır. Hörmüz boğazı İrana məxsusdur və ABŞ-ın bununla heç bir əlaqəsi yoxdur. Bu məsələ ilə bağlı Vaşinqtonla əlaqə xətti qurulmayıb və qurulmayacaq", - deyə məlumatda qeyd olunub.