İsrail hərbi təyyarələri bəzi qonşu ölkələrin hava məkanında İran istiqamətində fəaliyyət göstərir.
Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın Mərkəzi Qərargahından bildirilib.
“Bu fəaliyyət İrana qarşı təhlükəli və təhdid xarakterli addımdır. ABŞ İsrailin fəaliyyətini nəzarətdə saxlaya bilməzsə, Tehran istənilən təhdidə cavab vermək hüququnu özündə saxlayır”, - bəyanatda bildirilib.