
Tehran Ermənistanı dəstəkləməklə Azərbaycanı "dəng" etməyə çalışır -ŞƏRH
09:56 21.05.2025
Region
327
“Ərazi bütövlüyü və regional sərhədlərin sabitliyinin qorunması İran siyasətinin dəyişməz prinsiplərindən biridir”.
Bunu Ermənistanda səfərdə olan İran müdafiə naziri Əziz Nəsirzadə deyib.
Nazir bildirib ki, İran və Ermənistan arasındakı ümumi sərhəd iki xalq arasında tarixi əlaqə yoludur və Tehran bu sərhəddə heç bir müdaxiləyə imkan verməyəcək.
Əziz Nəsirzadə iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini vurğulayaraq, İranın qonşuluq siyasətində Ermənistanın xüsusi yer tutduğunu qeyd edib:
“İranın prinsipial siyasəti bütün qonşuları, xüsusən də Ermənistanla münasibətləri gücləndirməkdən ibarətdir və heç bir maneə bunun qarşısını ala bilməz. Ermənistan və İran arasında münasibətlər möhkəm tarixi və mədəni əsaslar üzərində qurulub”.
Müdafiə naziri Ermənistan Baş naziri Nikol Paşinyan ilə İran rəhbərliyi arasında son görüşlərə toxunaraq qeyd edib: “İran Ermənistanla əlaqələrin inkişafına xüsusi önəm verir və əməkdaşlıq qarşılıqlı maraqlar əsasında və xarici güclərin təzyiqindən asılı olmayaraq davam edəcək”.
Politoloq Oqtay Qasımov Sherg.az-a deyib ki, İran rəsmisinin səsləndirdiyi fikirlər ölkə nümayəndələrinin bundan əvvəlki bəyanatlarıdan fərqlənmir:

"İran bu cür sözlərlə Ermənistan cəmiyyətini manipulyasiya etməyə çalışır. Çünki Tehran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Həmçinin İran Bakı və Tehran arasında hər hansı münasibətlərin qurulmaması üçün əslində Ermənistana zərərli olan ideyaları dəstəkləmək niyyətindədir. Ermənistan hakimiyyəti isə revanşist ideyaları üçün Tehranın manipulyasiyaları ilə razılaşır. Zəngəzur dəhlizinin hələ də açılmamasının əsas səbəbi də budur. Azərbaycanla əlaqələrin nə qədər istiləşməsindən asılı olmayaraq İranın bu mövzudakı siyasəti dəyişməzdir. Tehran hər zaman Ermənistanı dəstəkləməklə Azərbaycanı "dəng" etməyə çalışacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə