
Tehran Zəngəzur dəhlizinin açılmasının onun regional oyunçu kimi təsirlərini azaldacağını düşünür -ŞƏRH
07:40 17.02.2025
Region
523
"Regionda 1990-cı illərdən başlayan Qarabağ müharibələri vəziyyəti gərginlikdə saxlamaqla yanaşı, Qərbin, Ermənistanın, Rusiyanın və İranın maraqlarını işğal məsələsində uzalşdırdı".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elmir Səftərov söyləyib.
Şərhçi bildirib ki, Ermənistanın 30 illik işğalından sonra Azərbaycanın 2020-ci ildən bəri əldə etdiyi qələbələrlə regionda yaratdığı reallıqları bəzi beynəlxalq aktorlar və İran maraqlarına zərbə kimi dəyərləndirir:

"Bu reallıqlar fonunda müharibənin yekunu olaraq imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla razılaşdırılmış Zəngəzur dəhlizinin açılmasına qarşı cənub qonşumuzun əsassız narahatlığı bu gün də davam edir. Azərbaycan hazırda Naxçıvanla əlaqəni əsasən İranla təmin etdiyi üçün Tehran düşünür ki, əgər Zəngəzur dəhlizi açılarsa, bu onun ölkəmiz üzərindəki təzyiqlərini və regional iqtisadi layihələrdəki önəmini, gəlirlərini azaldacaq. Bölgədə önəmini itirmək istəməyən Tehran, həmçinin Azərbaycanın enerji resurslarının Qərbə danışmasındakı rolunun Zəngəzur dəhlizi vasitəsilə artmasını onun regional oyunçu kimi təsirlərini azaldacağını düşünür. Bu dəhliz Azərbaycan və Türkiyəni birləşdirməklə yaşaması, Türk dünyasını da əhatə edəcək, İran və Ermənistan arasında isə sərhədi ortadan qaldıracaq ki, bu Tehranın regiondakı əsas təsir mexanizmlərindən birini əlindən çıxaracaq".
Elmir Səftərovun sözlərinə görə, İranın digər narahatlığı isə onun ərazisində yaşayan azərbaycanlılarla bağlıdır ki, Türk dünyasının birləşməsinə Tehran sərt ritorika nümayiş etdirir və sərhədə ordu yığması ilə Zəngəzur dəhlizinin açılmasına qarşı heç bir əsası olmayan təzyiqlər edir:
"Eyni zamanda, İran hesab edir ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan və Türkiyənin strateji olaraq güclənməsi və əsas söz sahibi olması onu kölgədə saxlayacaq. Dəhliz açıldıqdan sonra Ermənistanın İrandan asılılığı azalacaq, əksinə olaraq isə Türkiyə vasitəsilə Qərbə açılacaq İrəvan Azərbaycanla nəqliyyat yolları ilə iqtisadi inkişafına böyük töhfə qatacaq. Buna görə də, İran Ermənistanın “Sülh yollarının kəsişməsi”ni və özünün Araz dəhlizi layihələrini dəstəkləyərək, Zəngəzur dəhlizini əhəmiyyətsizləşdirməyə səy göstərir. Yeni nəqliyyat əlaqəsinin yaradılmasını “regionda sərhədlərin dəyişdirilməsi” kimi xarakterizə edir. Bunu özünün “qırmızı xətti” adlandırır və sərt bəyanatlar verir. Çünki İran düşünür ki, Zəngəzur dəhlizi Araz dəhlizinin indiki üstünlüklərini və perspektivlərini azaldacaq. Ümumiyyətlə, Zəngəzur dəhlizinə qarşı çıxmaq regionda uzunmüddətli sabitliyin olmamasına çalışmaq anlamına gəlir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi