
Zəngəzur dəhlizi mühafizəkarlarla islahatçıları üz-üzə qoyub -ŞƏRH
13:50 29.08.2025
Region
498
Sədrəddin Soltan: “İran Cənubi Qafqazdan qovula bilməz”
3+3 formatı da regional inkişaf və təhlükəsizlik üçün çox önəmli məsələdir
İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılması planlaşdırılan yolun region üçün yeni fürsətlər yaradacağını bildirib. Onun fikrincə, bu dəhliz təkcə iqtisadi baxımdan deyil, həm də siyasi və strateji cəhətdən bölgədə əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynaya bilər.
Zərif həmçinin Azərbaycan, Türkiyə, İran, Rusiya, Ermənistan və Gürcüstanın iştirak etdiyi 3+3 formatının da Cənubi Qafqazda sabitlik və inkişaf baxımından mühüm platforma olduğunu vurğulayıb. Onun bu mövqeyi İran daxilində islahatçı düşərgənin regional əməkdaşlıq və açıq kommunikasiyaların tərəfdarı olduğunu bir daha göstərir.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Məhəmməd Cavad Zərif İranın rəsmi dövlət adamı olmasa da ziddiyətli və mübahisəli şəxsdir. O, islahatçı xəttin nümayəndəsidir. Bu xəttin nümayəndəsi olduğuna görə də onu Məsud Pezeşkiyan hakimiyyətindən tez uzaqlaşdırdılar.
Zəngəzur dəhlizi ilə bağlı İran hakimiyyətinin iki münasibəti var. Bunun biri mühafizəkarların yaxud SEPAH-ın mövqeyidir, digəri isə islahatçıların, siyasi qüvvələrin, hökumətin mövqeyidir. Məsud Pezeşkiyan ümumxalq səs verməsi yolu ilə seçilən prezidentdir. O, Zəngəzur yolu ilə bağlı mühafizəkar xətt nümayəndələri kimi iddialı danışmır, ona qarşı çıxmır. O bu yolun açılmasının tərəfdarıdır. Sadəcə olaraq yolun tikintisində və Ermənistanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə İran hakimiyyətinin narahatlığını ifadə edir.
Məhəmməd Zərif islahatçı xətt nümayəndəsi olduğundan o da hökumət başıçısı Pezeşkiyanın Zəngəzur yolu ilə bağlı irəli sürdüyü ideyanı dəstəkləyir. Mühafizəkar xətt, Xamneyinin və SEPAH-ın ətrafında olan qüvvələr hesab edir ki, Zəngəzur yolu çəkilsə, Tehran hakimiyyəti Cənubi Qafqazdan qovulacaq. Bu çox yalnış və əsassız iddialardır. İran hakimiyyətinin Cənubi Qafqazdan qovulmasından söhbət getmir".
Siyasi şərhçi qeyd edib ki, İran Cənubi Qafqazdan qovula bilməz:
"Çünki İranda 30 milyondan çox Azərbaycan türkü var. Onların Azərbaycan Respublikası ilə əlaqələri mövcud olacaq. Həmçinin İrandakı ermənilərin də Ermənistanla əlaqələri var.
Azərbaycan və Türkiyənin irəli sürdüyü 3+3 formatı da regional inkişaf və təhlükəsizlik üçün çox önəmli məsələdir. Bu məsələdə Zəngəzur yolu əlaqələrin, əməkdaşlığın inkişafına təkan verə bilər. Gələcəkdə Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu çəkiləcək, yaxud da İran Azərbaycan ərazisindən keçən kommunikasiya xəttlərindən yararlana bilər".
Müsahibimiz Gürcüstanın əvvəllər Rusiya ilə münasibətlərini əsas gətirərək 3+3 formatında əməkdaşlığa laqeyid yanaşdığını bildirib:
"Lakin Gürcüstanın son zamanlar Rusiya ilə əlaqləri normallaşdırmaq istəməsi onun da gələcəkdə bu formatda aktiv iştirakçılardan olacağını istisna etmir.
3+3 formatı İranın Cənubi Qafqaz ölkələri-Türkiyə və Rusiya ilə bölgədə ortaq layihələr həyata keçirməsi məsələsinə də müsbət təsir göstərə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region