Tarixdəki ən uzun fasiləsiz uçuş 20 oktyabr 2019-cu ilin səhər saatlarında Sidneydə qeydə alınıb. Belə ki, Nyu-Yorkdan start götürən “Boeing787-9” təyyarəsi 19 saaat 16 dəqiqə havada qaldıqdan sonra Sidneydə eniş edib.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, “Qantas” şirkəti tezliklə ticarət yolu yaradaraq uğurlara imza atamaq istəyir. Buna görə də, “Boeing787-9” təyyarəsini eksperimental uçuş üçün havaya qaldırıb.
Təyyarə 16 min kilometr məsafəni qət edib, Sidneyə çatdıqdan sonra "Qantas" ın icraçı direktoru Alan Joyce bunu həm şirkəti üçün, həm də aviasiya dünyası üçün "həqiqətən tarixi bir an" kimi dəyərləndirib:"Bu, nəzərdə tutulan üç pilot uçuşlarının birincisidir. Bundan sonra pilotların yorğunluğunu idarə etməsi və sərnişinlərin reaktiv geriliyi idarə etməsi üçün hansı tövsiyələr verə biləcəyimizi düşünüəcəyik”.
Məlumatda bildirilir ki, təyyarəni 19 saat 16 dəqiqə ərzində növbəli şəkildə dörd pilot idarə edib. Həmin təyyarədə “Qantas”ın 49 nəfər işçisi vardı. Beləliklə, kabinədəki çəki az olduğu üçün bu da təyyarəyə 16000 km məsafəyə bəs edəcək yanacaq doldurmağa imkan verib. Təyyarə uçuşa başlayarkən çəkisi 233 ton olub ki, onun da 101 tonunu kerosin təşkil edib.
Xəbərdə o da əlavə olunub ki, bundan başqa “Qantas” şirkəti həmin təyyarə ilə London -Sidney arasındakı birbaşa əlaqəni də sınayaraq , ticarət xətləri yaratmağı planlaşdırır.