Ana südünün keyfiyyəti uşağın cinsinə görə dəyişir - Araşdırma

Ananın südünün tərkibi həmişə eyni qalmır. Belə ki, ana qız uşağı dünyaya gətiribsə, onun  südü kəmiyyət baxımından bol, amma keyfiyyət cəhətdən zəif olur. Oğlan uşağı dünyaya gətirən anaların südü isə yağlı, kalorili, proteinlə zəngin olur.
 
«Sherg.az» «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, bu barədə Harvard universitetitinin professoru Kati Hind məlumat verib. Alim qeyd edib ki, ana südü oğlan və qıza görə dəyişir. O, söyləyib ki, qadınların, meymunların və başqa məməlilərin üzərində uzunmüddətli təcrübə aparıblar:

«Nəticədə məlum olub ki,  cins fərqinə görə, anaların südünün keyfiyyətində dəyişiklik olur.  Məhz ona görə də qız uşağı doğmuş analar körpələrinə tez-tez süd verməlidirlər. Oğlan uşağı dünyaya gətirmiş analar isə çox tez-tez süd verməli deyil.

Dişi meymun üzərində qida rasionunu dəyişmədən tədqiqat apardıq. Qida rasionu eyni olsa da, südün kəmiyyət və keyfiyyəti bala meymunun cinsinə görə, dəyişdi.
Dişi meymum balası doğulduqda südün keyfiyyəti zəif oldu, amma kəmiyyəti çox oldu. Erkək meymun doğuduqda isə südün kalitesi çox yaxşı oldu, kəmiyyəti isə az oldu. 

Bundan başqa, alim bir oğlan, bir qız olmaqla əkiz doğan anaların südünün keyfiyyətinə də diqqət çəkib :

«Bu barədə konkret tədqiqat aparmadığım üçün heç bir fikir irəli sürə bilmərəm. Konkret olaraq həmin məsələ ətrafında da araşdırma aparacağıq».