Ayı bəsləyən qız

Veronika Dışka sevimli “Tortuşka”sı ilə səyahəti sevir

Rusiyada 24 yaşlı Veronika Dışka ayı bəsləyir. Hara gedirsə, ayını da özüylə aparır. “Şərq” “Milliiyet.com”a istinadən xəbər verir ki, “Tortuşka” ləqəbli ayı Veronikanı səyahət zamanı müşayiət edir. Avtomobildə sahibəsinin sağ tərəfindəki oturacaqda sakit bir şəkildə əyləşir və yola davam edir. Səyahətə ayı ilə çıxan Veronikanın  paylaşdığı fotolar görənləri heyrətləndirir.  Bu, bir Himalay ayısıdır. Və sürücü xanımın yanında çox nəşəli olduğu da görünür. Veronika fotonun altında ayıyla bağlı bunları yazıb:

“Tortuşka”nı ən çox maraqlandıran sükandır. Bir də burnuyla işığı yandırıb söndürür və bundan keyf alır. Təhlükəsizlik kəməri ilə oynayır. Avtomobillə səyahətləri sevir”. V.Dışka  bu ayını 2019-cu ildə bir heyvanxanadan aldığını deyir.

Ayının yardıma ehtiyacı varmış. Veronika onu heyvanxanadan çıxarıb, müalicə etdirib.

“Məndən tez-tez soruşurlar ki, ayı ilə dostluq etməkdən qorxmursan?.. Tam əksi. “Tortuşka” yanımda olanda özümü güvən içində hiss edirəm. Səyahət zamanı ona ağızlıq belə geyindirmirəm.

İstəyirəm özünü azad, sərbəst hiss etsin. Daha çox Sibir meşələri tərəflərdə gəzirik. “Tortuşka” arada ağaclara dırmanır, ayı həyatı yaşayır”.