Yemlədi, sevdi və tapşırıq verdi

Nəsli kəsilməkdə olan şahin quşu Putinin qoluna qonub

  Rusiya Prezidenti Vladimir Putin nəsli kəsilməkdə olan şahin quşunu bəsləyib. “NTV.com.tr”də yer alan məluamata görə, Rusiyanın Vladivostok şəhərində keçiriləcək “Vostok-2022” hərbi təlimlərinə qatılmaq üçün Uzaq Şərqə səfər edib. Vladivostok yolunda V.Putin öncə Kamçatkaya gedib. Və burada Böyük Yırtıcı Quş Növlərinin Çoxaldılması və Qorunması Beynəlxalq Mərkəzini ziyarət edib.

Ziyarət zamanı Putinə nəsli kəsilməkdə olan, adı “Qırmızı Kitab”a daxil edilmiş ağ “Gyrfalcon” növü şahinlə maraqlanıb. Putin bu quşun nəslinin artırılması üçün lazımi tədbirlərin görülməsinı tapşırıb. Mərkəzin bu  istiqamətdə apardığı işlərlə tanış olub. Bu əsnada başqa bir şahin qanad açaraq Putinin qoluna taxılmış qoruyucunun üzərinə qonub. 

 Putin şahini bəsləyib, yem verib. Şahin yemləndikdən sonra təkrar baxıcının yanına uçub. Ziyarət zamanı V.Putin ekologiya könüllüləriylə görüşüb, onlarla ekologiyanın, nadir heyvan növlərinin qorunmasının vacibliyi haqda söhbət edib.